“Mançester Siti” “Napoli”ni 2 cavabsız qolla üstələdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Sportline.az xəbər verir ki, "Mançester Siti" "Etihad Stedyum"da "Napoli" üz-üzə gəlib.

Görüş "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti" 2-0 "Napoli"

Qollar: Erlinq Haaland, 56, Jeremi Doku, 65

Qeyd edək ki, "Mançester Siti" 3 xalla 9-cu pillədə yer alır.