“Mançester Siti” “Napoli”yə qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Mançester Siti” “Etihad Stedyum”da “Napoli” ilə üz-üzə gələcək.
Meydan sahiblərində itkiləri sayı kifayət qədərdir. Con Stounz, Mateo Kovaçiç, Rayan Ait Nuri, Omar Marmuş və Rayan Şerki baş məşqçi Pep Qvardiolanın sərəncamında olmayacaq.
“Napoli”də Romelu Lukakunun yoxluğu baş məşqçi Antonio Konteni narahat edə bilməz.
Qeyd edək ki, “Mançester Siti” – “Napoli” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Görüşü almaniyalı hakim Feliks Zvayer idarə edəcək.