"Mançester Siti" - "Qalatasaray": Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Mançester Siti" "Etihad Stedyum"da "Qalatasaray"la qarşılaşacaq.
İstanbul klubunda əsas itki Vilfred Sinqonun adı ilə bağlıdır.
"Şəhərlilər"in heyətində isə itkilərin sayı kifayət qədərdir. Savinyo, Con Stonz, Yosko Qvardiol, Ruben Diaş, Mateo Kovaçiç, Niko Qonzalez, Rodri, Oskar Bobb, Antuan Semenyo və Mark Gehi komandasına komək edə bilməyəcək.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək görüşü ispaniyalı hakim Alexandro Xoze Hernandez Hernandez idarə edəcək.