“Mançester Siti” yeni transferlərini siyahıya saldı
“Mançester Siti” iki yeni transferi Çempionlar Liqasının pley-off mərhələsi üçün siyahıya saldı.
Sportline.az xəbər verir ki, “şəhərlilər" yanvar ayında transfer etdiyi Antuan Semenyo və Mark Qehinin UEFA Çempionlar Liqası üçün sifariş ərizəsinə daxil edildiyini rəsmən təsdiqləyib.
Klubun ilkin siyahısında icazə verilən maksimum 25 futbolçudan 23-ü yer almışdı.
Bu da “Mançester Siti”yə heç bir oyunçunu siyahıdan çıxarmadan daha iki futbolçu əlavə etməyə imkan verib.