“Mançester Siti”nin hədəfində o var

"Vest Hem Yunayted"in brazilyalı yarımmüdafiəçisi Lukas Paketa "Mançester Siti"nin transfer hədəfinə çevrilib.

Sportline.az "Globe Esporte" nəşrinə istinadən xəbər verir ki, Mançester klubunun baş məşqçisi Pep Qvardiola Paketanın oyununu çox bəyənir.

Bu səbəbdən 27 yaşlı futbolçunun transferini rəhbərliktən tələb edib.

Qeyd edək ki, L.Paketanın klubla sözləşməsi 2027-ci ilin yayına qədərdir.