"Mançester Yunayted" argentinalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir
"Aston Villa"nın argentinalı qapıçısı Emilyano Martines "Mançester Yunayted"ə icarə əsasında keçə bilər.
Sportline.az xəbər verir ki, Mançester klubu Martinesi birdəfəlik transfer etmək istəmir.
32 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.
Qeyd edək ki, dünya çempionunun "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.