"Mançester Yunayted"-"Arsenal": Start heyətlər
İngiltərə Premyer Liqasının 37-ci həftəsində çempionluğa əsas namizədlərdən "Arsenal" səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, saat 19:30-da başlanacaq oyuna komandalar bu heyətlərlə çıxacaqlar.
"Mançester Yunayted": Onana, Dalo, Kasemiro, Coni Evans, Van- Bissaka, Amrabat, Maino, Diallo , Mak Tominey, Qarnaço, Hoylund.
"Arsenal": Raya, Ben Vayt, Saliba, Qabriel, Tomiyaşu, Odeqar, Partey, Deklan Rays, Trosard, Bukayo Saka, Havertz.
Qeyd edək ki, 36 turdan sonra "Arsenal" 83 xalla ikincidir.Lider "Mançester Siti"nin 85 xalı var.Mövsüm 38 turdan ibarətdir.