"Mançester Yunayted" ayrılığı açıqladı
"Mançester Yunayted" mövsümün sonu Rafael Varanla yollarını ayıracağını bildirib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilə imzalanmayacaq.
Varan 2021-ci ildə 40 milyon avro qarşılığında "Real Madrid"dən "qırmızı şeytanlar"a keçib.
"Mançesterl"ə 93 oyuna çıxan fransalı futbolçu 2 qol, 1 asistlik performansla yadda qalıb.O, həmçinin klubla İngiltərə Liqa kubokunun qalibi olub.