"Mançester Yunayted" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır
"Mançester Yunayted" "Everton"un ingiltərəli futbolçusu Cerred Brantvaytı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
22 yaşlı futbolçu "Everton"dan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, "Mançester Yunayted" Cerred üçün "Everton"a 50 milyon avro ödəməyə hazırdır.