"Mançester Yunayted" daha bir futbolçu ilə vidalaşır
"Mançester Yunayted"in və İngiltərə millisinin müdafiəçisi Lyuk Şou müqaviləsinin davam etməsinə baxmayaraq, klubdan ayrılmağı düşünür.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bir neçə klubu 29 yaşlı futbolçu ilə maraqlanır və o da danışıqlara açıqdır.
Ötən mövsüm onun üçün asan olmayıb, baldırından aldığı zədə səbəbindən Şou cəmi 12 oyunda iştirak edib və əsas heyətə düşmək şansını itirib.