"Mançester Yunayted" danimarkalı futbolçu üçün 72 milyon avro tələb edir
"Mançester Yunayted" danimarkalı futbolçusu Rasmus Hoylondun transfer qiymətini açıqlayıb.
Sportline.az insayder Aleks Krookun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi R.Hoylond üçün 72 milyon avro tələb edir.
21 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Hoylond cari mövsüm çıxış etdiyi 28 matçda 7 qol və 1 asistlə yadda qalıb.