“Mançester Yunayted” danimarkalı futbolçunun xidmətində maraqlıdır

"Mançester Yunayted" danimarkalı yarımmüdafiəçi Morten Hyulmandla yaxından maraqlanır.

Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, İngiltərə klubu "Sportinq"ə 40 milyon avro təklif edib.

Lakin Lissabon təmsilçisi bu təklifi qəbul etməyib.

Qeyd edək ki, "Sportinq" 50 milyon avro tələb edir.