"Mançester Yunayted" ispaniyalı futbolçunun xidmətində maraqlıdır
"Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreras "Mançester Yunayted"in radarına düşüb.
Sportline.az insayder Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Karreras üçün "Benfika"ya 20 milyon avro təklif edib.
Portuqaliya klubunun rəhbərliyi isə 25 milyon avro tələb edir.
Qeyd edək ki, Karreras "Real Madrid" yetirməsi sayılır.