"Mançester Yunayted" italiyalı forvardla maraqlanır
"Mançester Yunayted" bu yay heyətinə yeni hücumçu transfer edəcək.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu "Fiorentina"nın italiyalı futbolçusu Moyze Kini heyətinə qatmaq istəyir.
Bu keçid üçün İtaliya klubu 52 milyon avro tələb edir.
Qeyd edək ki, Kin bu mövsüm meydana çıxdığı 44 matçda 25 qol 3 asistlə yadda qalıb.