"Mançester Yunayted" Maquayrla bağlı qərar verib

"Mançester Yunayted" ingiltərəli stoperi Harri Maquayrla bağlı qərar verib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu futbolçusunu satmayacaq.

Rəhbərlik Maquayrla yola davam etmək qərarına gəlib.

Qeyd edək ki, "Mançester Yunayted" İtaliya və İngiltərə klublarından gələn bütün təklifləri rədd edib.