“Mançester Yunayted” türkiyəli futbolçu ilə maraqlanır
“Qalatasaray”ın 24 yaşlı futbolçusu Yunus Akgünün mövsümün sonunda kluban ayrılacağı gözlənilir.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubu Yunus Akgün üçün “Qalatasaray”a 15 milyon avro ödəməyə hazırdır.
“Qalatasaray” rəhbərliyi isə Yunus üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Yunus Akgünün “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.