“Mançester Yunayted” Uotkinsi transfer etmək niyyətindədir

"Aston Villa"nın ingiltərəli futbolçusu Oli Uotkins bu yay komandasını dəyişə bilir.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar” 29 yaşlı ingiltərəli hücumçunun transferi ilə bağlı “Aston Villa”ya müraciət edib.

Premyer Liqa təcrübəsinə görə Uotkins "Mançester Yunayted”in hücum xətti üçün nəzərdən keçirdiyi əsas namizədlərdən biridir.