"Mançester Yunayted" və "Nyukasl" transfer yarışına girib
"Leipziq"in sloveniyalı forvardı Benyamin Şeşko İngiltərə klublarının transfer siyahısında yer alıb.
Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" sözü gedən futbolçunu transfer etmək istəyən klublardır.
22 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, Şeşko "Leipziq"dən ayrılmaq fikrində qətidir.