"Mançester Yunayted" və "Tottenhem" transfer yarışına girib
"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" Bellingemi transfer etmək istəyir.
19 yaşlı yarımmüdafiəçinin "Sanderlend"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Cob Bellingemin transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.
O bu mövsüm çıxış etdiyi 34 matçda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.