"Mançester Yunayted"in 2 futbolçusu "Betis"lə oyunda zədələnib
"Mançester Yunayted" ABŞ-də keçirilən yoldaşlıq oyununda "Real Betis"ə 3-2 hesabı ilə qalib gəlib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın heyətində Rasmus Holyun və Leni Yoro bu görüşdə zədələniblər.
Dizindən zədə alan Hoylunun 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Komandanın yeni transferi Leni Yoronun isə vəziyyəti ciddidir.Ayağından zədə alan futbolçu 3 ay komandadan uzaq qalacaq.
Qeyd edək ki, ötən mövsüm Federasiya Kubokunu qazanan "Mançester Yunayted" növbəti sezon İngiltərəni Uefa Avropa Liqasında təmsil edəcək.