"Mançester Yunayted"in sabiq oyunçusu karyerasını başa vurub
"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Fil Cons peşakar karyerasını başa vurub.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Cons 32 yaşında futbolla vidalaşıb.
O, açıqlamasında "Karyeram istədiyimdən daha tez başa çatdı" deyib.
2011-ci ildə 2023-cü ilə qədər "Mançester Yunayted"in şərədini qoruyan keçmiş futbolçu "qırmızı-şeytanlar"la 5 titul qazanıb.O, eyni zamanda 23 dəfə İngiltərə milli komandasının formasını geyinib.
Qeyd edək ki, Fil Cons karyerasını məşqçi kimi davam etdirəcək.