Mançesterlilər Messini ələ saldılar

“Mançester Siti” futbolçuları dünənki oyundan sonra Messini təhqir ediblər. SportLine.az xəbər verir ki, rəqib komandanın bir qrup futbolçusu “Barselona”nın forvardını sarsaq adlandırıb. Argentinalı emosional şəkildə onları “söhbətə” çağırsa da, ona yalnız həmyerlisi Serxio Aqueyro yaxınlaşaraq sakitləşməyi məsləhər görüb. Xatırladaq ki, “Mançester Siti” -  “Barselona” matçı 3-1 hesabı ilə başa çatıb.