Mane Messiyə qarşı oynamayacaq

Almaniyanın "Bavariya" klubunun futbolçusu Sadio Mane Fransada PSJ-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı vinger zədəsini tam sağaltmadığı üçün meydana çıxa bilməyəcək.

Seneqallı oyunçu Qətərdə keçirilmiş dünya çempionatından əvvəl sıradan çıxmışdı.

Qeyd edək ki, PSJ - "Bavariya" görüşü fevralın 14-də gerçəkləşəcək. Cavab qarşılaşması martın 8-də baş tutacaq.