Xeyriyyə matçında argentinalıların mübahisəsi

Xeyriyyə matçı yalnız vurulan baxımlı qollarla yadda qalmayacaq. Eyni zamanda argentinalı ulduzların mübahisəsi də diqqətdən yayınmayıb. Necə deyərlər, Maradona harada, qalmaqal orada.

SportLine.az xəbər verir ki, Epizodların birində Xuan Sebastyan Veronla toqquşaraq yıxılan Diyeqo həmin an buna reaksiya verməsə də, oyundan sonra həmvətəninə narazılığını bildiməkdən çəkinməyib. İtaliyalı həmkarlarımıza inansaq, o, Veronu nalayiq ifadələrə qonaq edib. Futbolçular arasındakı mübahisə kameralardan da yayınmayıb. Jurnalistlərin bununla bağlı suallarını cavablandıran Maradona isə, xırdalığa varmağa ehtiyac görməyib: “Bu mövzuda suallarınızı cavablandırmaq istəmirəm. Oyunundan həmişə zövq aldığım Veron haqqında nalayiq sözlər işlətməyi özümə rəva görmürəm”- sitatın sonu.