Mariya Stadnik zirvədəki yerini qorudu
Dünya Güləş Birliyi qadın güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahının yuxarı pillələrində 4 idmançımız yer alıb.
Ən yaxşı nəticə Mariya Stadnikin aktivindədir. 48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz zirvədə qərarlaşıb.
İlk onluqda özlərinə yer edən təmsilçilərimizdən Yuliya Ratkeviç (58 kq) 5-ci, Anjela Doroqan (53 kq) 8-ci, Tatyana Omelçenko (60 kq) isə 9-cudur.