Marotta İkardini seçdi

"İnder"in baş direktoru Cüzeppe Marotta klubun sabiq hücumçuları arasında seçim edib.

Sportline.az xəbər verir ki, o, Festival dello Sport nəşrinə açıqlamasında "Lukakuya, yoxsa, İkardiyə üstünlük verərdiniz" sualına "Son hadisələri nəzərə alsaq, İkardi", - deyə cavab verib.

Lukaku "İnter"in heyətində keçirdiyi üç mövsümdə 78, İkardi isə 6 mövsümdə 124 qolla yadda qalıb.

Qeyd edək ki, İkardi hazırda "Qalatasaray"ın, Lukaku isə "Roma"nın formasını geyinir.