“Marsel” çempionluq yarışında büdrədi
Fransa Liqa 1-də 15-ci turun matçları davam edir.
Sportline.az xəbər verir ki, “Marsel” öz meydanında “Lill”lə üz-üzə gəlib. Görüş bərabərliklə başa çatıb. 1:1
Qollar: Kuentin Merlin 17, Bafodo Diakite 87
“Marsel”in ispaniyalı futbolçusu Pol Lirola 90+5-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Marsel” 30 xalla 2-ci, “Lill” isə 27 xalla 4-cü pillədə yer alıb.