Marsel Lusveld: "Azərbaycan millisinin qrupdan çıxmaq şansı var"

Futzal üzrə Hollandiya millisinin baş məşqçisi Marsel Lusveld Azərbaycan - Hollandiya matçından sonra fikirlərini bölüşüb. SportLine.az AFFA-ya istinadən mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Komandam istəkli idi və əlindən gələn etdi. Oyunda qol vurmaqla yanaşı, müdafiə olunmağı da bacarmaq lazımdır. Hücum xəttindən razı qaldım. Gənc komanda ilə beynəlxalq səviyyədə uğur qazanmaq çətindir. Hollandiyada futzal üzrə peşəkar səviyyədə ölkə çempionatı keçirilmir. Bu gün millinin formasını geyinənlər, demək olar, həvəskar oyunçulardır. Onlar həftədə 1-2 dəfə məşq edirlər. Amma sizin komandanın üzvləri hər gün hazırlıq keçirlər. Dünya çempionatına gəldikdə, orada qitələrin ən güclü seçmələri çıxış edəcək. Amma Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğunu vurğulamaq istərdim. Komandanızla fəxr edə bilərsiniz”.