“Marsel” “Nyukasl”la görüşə itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Marsel" doğma meydanda "Nyukasl Yunayted"lə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda Fransa klubunda itkilərin sayı kifayət qədərdir. Fakundo Medina, Hamed Traore, Amir Murilyo, Nayef Agerd və Amin Qouir zədəlidir.

Qonaqlarda isə Yoane Vissa oyunu kənardan izləməli olacaq. Entoni Qordonun durumuna matç saatlarında aydınlıq gələcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 12-də başlanacaq.