"Marsel" - "Qarabağ" görüşündə anşlaq gözlənilir

"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda anşlaq gözlənilir.

Sportline.az xəbər verir ki, görüş üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.

15 avroya satışa çıxarılmış 5-ci kateqoriya biletləri tükənib. Satışda yalnız 20 avro, 25 avro, 29 avro və 39 avroya olan biletlər qalıb.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Marsel" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.