"Marsel" - "Qarabağ" görüşünə azarkeş marağı
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Marsel" - "Qarabağ" oyununa bilet satışı davam edir.
Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, fevralın 14-dək 15 min bilet satılıb. "Velodrom" arenasının 67 min azarkeş tutumuma malik olduğunu nəzərə alsaq, bu rəqəm elə də çox sayılmamalıdır.
Bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı matçda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirilir.
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.