“Marsel” – “Qarabağ” oyunu ilə bağlı qərar təsdiqləndi

Fransa Futbol Federasiyası (FFF) Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” oyununun bu ölkədə keçiriləcəyini təsdiqləyib.

Sportline.az saytının məlumatına görə, qurum qonaq komandanın koronavirus protokoluna tam əməl etməsi şərtilə “Velodrom” stadionunda meydana çıxmasında maneə görməyib.

Fevralın ilk günündə Fransa hökuməti Rusiya və Çin peyvəndi vurulmuş idmançıların ölkəyə girişinə icazə verib. FFF də səhiyyə orqanları ilə uzun müzakirələrdən sonra bu qərarı təsdiqləyib. Əsas tələb futbolçuların tam peyvənd olunması və matçın startına 24 saat qalmış koronavirus testi verməsidir. Görüşün keçiriləcəyi şəhərə çarter uçuşu isə UEFA tərəfindən tələb olunub.

Protokola əsasən, komandaların A siyahısında ən azı 13 oyunçu varsa, oyun baş tutmalıdır. Əks təqdirdə, klub B siyahısından futbolçuları bura cəlb edə bilər.

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab qarşılaşması ayın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.