"Marsel" rəsmiləri "Qarabağ"ın oyununu izləməyə gələcək
Fransanın "Marsel" klubunun rəsmiləri UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırır.
Sportline.az "Report"a istinadən xəbər verir ki, səfər fevralın 17-dək baş tutacaq.
"Marsel"in nümayəndələri artıq bir dəfə Bakıda olublar. Onlar otellərə və oteldən stadiona olan məsafəyə baxış keçiriblər.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. Ağdam komandası Marseldəki matçadək fevralın 1-də və 12-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final görüşlərində, fevralın 7-də isə "Neftçi" ilə Premyer Liqanın XV tur qarşılaşmasında üz-üzə gələcək.