"Marsel"in futbolçusu "Zenit"ə keçməkdən imtina edib
"Marsel"in yarımmüdafiəçisi Amin Arit "Zenit"in təklifini rədd edib.
Sportline.az Canal Plus-a istinadla xəbər verir ki, "Zenit" mərakeşli futbolçuya illik 10 milyon avro maaş təklif etsə də, Arit Rusiyada oynamaq istəmədiyini bildirib.
27 yaşlı futbolçu ötən mövsüm "Marsel" forması ilə çıxdığı 44 oyunda 2 qol vurub, 8 asist edib. Transfermarkt portalında onun transfer dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, Amin Arit 2017- ildən çıxış etdiyi Mərakeş millisində 24 oyun keçirib və 1 qol vurub.