"Marsel"in "Qarabağ"ı öz stadionunda qəbul etməsi üçün maneə aradan qalxıb

"Qarabağ"ın "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun Fransada keçirilməsi üçün maneə aradan qalxıb.

Sportline.az xəbər verir ki, ölkənin idman naziri Roksana Marasinyanu Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların Fransaya gələ biləcəyini açıqlayıb.

Bundan əlavə, idmançılar qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər.

Daha əvvəl Fransanın “Sinovac” vaksinini qəbul etmədiyi üçün qarşılaşmanın başqa ölkədə təşkili gündəmdə idi.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.