Martines "Real"la bağlı fikrini açıqladı
"Inter"in hücumçusu Lautaro Martinez "Real"a potensial transferi ilə bağlı mövzuya münasibət bildirib.
Sportline.az Fabrisio Romanoya istinadla xəbər verir ki, argentinalı hücumçu özünü Milanda xoşbəxt hiss etdiyini deyib:
"Şübhəsiz "Real" mühüm komandadır. Amma, mənim fikrim və ürəyim həmişə "Inter"lədir. Burada çox xoşbəxtəm".
Xatırladaq ki, Lautaro Martinez 2018-ci ildən "Inter"in formasını geyinir.
Onun milanlılarla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Hazırda onun transfer dəyəri 100 milyon avrodur.