Martines Ronaldunun gələcəyi haqda sualdan yayındı

Avropa çempionatında mübarizəni 1/4 finalda dayandıran Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesə Kriştianu Ronaldu ilə bağlı sual ünvanlanıb.

Sportline.az xəbər verir ki, çalışdırıcı 39 yaşlı futbolçunun milli karyerasını davam etdirəcəkmi sualını belə cavablandırıb: "Hazırda biz komanda olaraq məyusuq. Fərdi qərar vermək vaxtı deyil".

Qeyd edək ki, Portuqaliya millisi Fransa seçməsi ilə oyunda uduzaraq (0:0, 3:5 pen.) AVRO:2024-lə vidalaşıb.

2003-cü ildən millinin formasını geyinən Ronaldu 212 oyunda 130 qol və 47 asist müəllifidir.