Mateys de Liqt üçün əlamətdar gün

Mateys de Liqt "Mançester Yunayted"də qol hesabını açıb.

Sportline.az xəbər verir ki, niderlandlı müdafiəçi bu dəqiqələrdə davam edən "Sauthempton" - "Mançester Yunayted" görüşündə ilk qolun müəllifi olub.

Qonaqlar onun 35-ci dəqiqədə vurduğu qolla irəli çıxıblar.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu yay "Bavariya"dan Mançesterə gəlib.

Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.