Matiç İtaliya klubuna keçə bilər
"Lion"dan azad agent kimi ayrılan serbiyalı yarımmüdafiəçi Nemanya Matiç İtaliya klubunda təklif alıb.
Sportline.az xəbər verir ki, "Sassuolo" 37 yaşlı futbolçuya elçi düşüb.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Təcrübəli oyunçu karyerası ərzində daha əvvəl "Partizan", "Yedinstvo", "Kosike", "Çelsi", "Vitess", "Benfika", "Mançester Yunayted", "Roma" və "Renn" kimi klublar çıxış edib.