Matiyas Tel karyerasını İngiltərədə davam etdirə bilər
"Bavariya"nın fransalı futbolçusu Matyas Tel karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted" bu keçid üçün Münhen klubuna 30 milyon avro ödəməyə hazırdır.
Telin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 28 matçda 2 asistlə yadda qalıb.