MBA-da daha 6 oyun keçirildi
Milli Baketbol Assosiasiyasının (MBA) Müntəzəm Çempionatında daha 6 oyun keçirilib. SportLine.az xəbər verir ki, "Oklahoma Siti" və "Memfis Qrizzlis" komandalarının görüşü daha böyük marağa səbəb olub. Matç ərzində cüzi fərqlə rəqibini üstələyən "Memfis Qrizzlis" yekunda 122:114 hesablı qələbə qazanıb. Qarşılaşmada Rassl Vestbruk ("Oklahoma Siti") fəallığı ilə seçilib. O, 40 xal və 14 ribauntla ən məhsuldar oyunçu seçilib.
Digər görüşlərdə isə bu nəticələr qeydə alınıb:
"Filadelfiya" - "Dallas Maveriks" 86:92
"Çiqaqo Bulls" - "İndiana Peysers" 96:95
"Hyuston Rokets" - "Boston Seltiks" 95:111
"Sen Antonio Spurs" - "Portland Treyl Blazers" 93:80
"Feniks Sans" - "Los-Anceles Leykers" 120-101