Mbappe "Lill"ə keçməyə yaxındır

"Lille" PSJ-nin yarımmüdafiəçisi Ethan Mbappeni heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu barədə "Foot Mercado" nəşri məlumat yayıb.

Ethan Mbappenin PSJ ilə müqaviləsi bu ilin  yayında sona çatacaq.

17 yaşlı futbolçu bu mövsüm PSJ-nin U-19 komandası ilə çıxdığı 33 oyunda 8 qol vurub, 6 asist edib.Onun hazırki transfer dəyəri 500 min avrodur.

Qeyd edək ki, Ethan Mbappe Klyan Mbappenin doğma qardaşıdır.