Mbappe: “Messi olduğu müddətdə Argentina favoritdir”

Fransa millisinin hücumçusu Kilyan Mbappé maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportline.az “Marca” nəşrinə istinadən xəbər verir ki, hurnalistin “Səncə, Fransa Dünya kubokunu  qazanmaq üçün favoritdir?” sualını cavablandıran ulduz futbolçu bunları deyib:

– "Xeyr. Mənə görə hələ də favorit Argentinadır."

Jurnalistin “niyə?” sualına isə Mbappe belə cavab verib:

– "Çünki onların hələ də Lionel Messi var. O meydanda olduğu müddətdə Argentinanı heç vaxt mübarizədən kənar qalmış hesab edə bilməzsən."

Banner