Mbappe Messini keçdi

DÇ-2026-da bombardirlik yarışında Fransa millisinin hücumçusu Kilian Mbappe liderliyə yüksəlib. 

Sportline.az xəbər verir ki, o, hesabında 6 qol və 2 assistlə FIFA-nın “Golden Boot” (Qızıl buts) siyahısına başçılıq edir.

Eyni sayda – 6 qola malik Argentina millisinin kapitanı Lionel Messi isə qol ötürməsi olmadığı üçün 2-ci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 5 qolla Norveç yığmasının hücumçusu Erlinq Holann tamamlayır.

1. Kilian Mbappe (Fransa) – 6 qol, 2 assist

2. Lionel Messi (Argentina) – 6 qol

3. Erlinq Holann (Norveç) – 5 qol

4. Usman Dembele (Fransa) – 4 qol, 2 assist

5. Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist

Banner