Mbappenin taleyi necə olacaq?

PSJ futbolçusu Kilian Mbappe ilə müqavilənin müddətini uzatmaqda israrlıdır.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Paris təmsilçisi oktyabrda fransalı hücumçuya yaxşılaşdırılmış şərtlərlə iki illik müqavilə təklif etməyi düşünür. Klub 22 yaşlı oyunçunu müqaviləni yeniləməyə razı salmağa çalışacaq.

Qeyd edək ki, Mbppenin PSJ ilə hazırkı sözləşməsi 2022-ci ilin iyunu başa çatır. Onunla "Real" maraqlanır.