MDB Oyunları: Medal sayımız artır

I MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçiləri Camal Feyziyev və Elvar Nəhmətzadə də medal qazanıblar.

Sportline.az xəbər verir ki, Feyziyev mütləq çəkidə qızıl, Nəhmətzadə 60 kq çəkidə bürünc medala sahib olub.

Feyziyev final qarşılaşmasında özbəkistanlı İlesbek Obiconova, Nəhmətzadə isə Zərif Vəlitov (Rusiya) və Azizbek Abdukadirov (Özbəkistan) ilə görüşlərinin yekununda 3-cü yeri tutub.

I MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçisi Əlisəftər Məmmədli gümüş medal qazanıb.

85 kq çəki dərəcəsində yer alan Məmmədli finalda Rusiya təmsilçisi Vadim Vasilyevə uduzub.

Bu, Azərbaycanın 23-cü medalı olub. Onlardan 6-sı qızıl, 5-i gümüş, 12-si bürünc əyarlıdır.