MDB Oyunlarında qızıl medallar

Azərbaycan samboçusu Elvin Bağırov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 64 kq-da mübarizə aparan idmançı özbəkistanlı Şahriyorbek Mamatkulovla qarşılaşıb.

Rəqibini 8:7 hesabı ilə məğlub edən Bağırov qızıl medal qazanıb.

Azərbaycan samboçusu Nicat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

58 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Nikolay Lukyançukla üz-üzə gəlib.

Rəqibi üzərində təmiz qələbə qazanan Məmmədli qızıl medal əldə edib.

Azərbaycan samboçusu Adil Adilzadə Rusiyanın kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

88 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə qırğızıstanlı Timurlan Toktobolotova qalib gəlib.

71 kq-da Kamran Qasımov, 79 kq-da isə Ağani Məmmədov "bürünc" qarşılaşmasında uduzaraq medalsız qalıb.