Mehdi Taremi İtaliya klubunda

İranlı futbolçu Mehdi Taremi İtaliya klubu ilə razılaşıb. 

Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını "İnter"də davam etdirəcək. İranlı futbolçu İtaliya klubuna sərbəst oyunçu kimi keçib. 

"İnter" rəsmilər i futbolçu ilə 2026-cı ilədək müqavilə imzaladıqlarını bildiriblər. 

Qeyd edək ki, Mehdi Taremi "Porto" klubunda 26 oyunda meydna çıxıb və 6 qol, 4 asistlə yadda qalıb.