Məhşur portuqaliyalı mütəxəssisin yeni komandası bəlli olub
Daniel Souza ilə yolların ayıran "Braqa"da yeni baş məşqçinin adına adınlıq gəlib.
Sportline.az Portuqaliya mətbuatına istinadla xəbər verir ki, Braqa klubu baş məşqçi postuna Karlos Karvaxalı gətirib.
O Jogo nəşrinin xəbərinə görə tərəflər arasında razılıq əldə edilib və rəsmi imzaların bu gün atılacağı gözlənilir.
Xəbərdə 58 yaşlı mütəxəssisin bu gün komanda ilə ilk məşqinə çıxacağı bildirilib.
Qeyd edək ki, Karlos Karvaxal daha əvvəl 2 dönəm (2006-20007 və 2020-2022-ci illərdə) "Braqa" klubuna rəhbərlik edib.