Meksika millisindən tarixi uğur
Meksika millisi 2026-cı il Dünya çempionatında tarixi uğura imza atıb.
Sportline.az "433" nəşrinə istinadən xəbər verir ki, Şimali Amerika təmsilçisi Dünya çempionatı tarixində qrup mərhələsində bütün oyunlarını qələbə ilə başa vuraraq və eyni zamanda qapısından heç bir top buraxmayaraq bunu bacaran cəmi 6-cı komanda olub.
Bu göstərici ilə Meksika futbol tarixinin ən elit komandalarının yer aldığı siyahıya daxil olub.
1. Niderland – 1974
2. Braziliya - 1986
3. İtaliya – 1990
4. Argentina – 1998
5. Uruqvay – 2018
6. Meksika – 2026
Qeyd edək ki, Meksika qrup mərhələsində keçirdiyi bütün görüşlərdə qalib gələrək maksimum nəticə göstərib və qapısını toxunulmaz saxlayıb. Komanda bu nailiyyətlə Dünya çempionatının ən yaddaqalan qrup mərhələlərindən birinə imza atıb.